2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən 115 milyon 740 min dollar pul baratları göndərilib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ili müvafiq dövrü ilə müqayisədə 29,8% və ya 26 milyon 591 min dollar azdır.
2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədən fiziki şəxslər tərəfindən 89 milyon 149 min dollar pul baratları daxil omuşdu.
Qeyd edək ki, hesabat dövründə Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ümumi daxilolmaların 9%-ni təşkil edib.