2025-ci ildə Türkiyədən Azərbaycana 193 milyon 158 min dollar pul köçürülüb.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bu, 2024-cü illə müqayisədə 17 milyon 261 min dollar və ya 9,8% çoxdur.
2024-cü ildə bu göstərici 175 milyon 897 min dollar olmuşdu.











