Türkiyədə bazarları siyasi yeniliklərdən sonra sarsılmağa başlayıb.
Türk lirəsi ABŞ dollarına qarşı 11 faiz ucuzlaşdı
FED.az xəbər verir ki, qızılın qiymətində kəskin yüksəlmə baş verib, dollar və avro isə rekord qarmağa başlayıb.
Artıq dollar 41 TL-ni keçib, avro 45 TL-yə çatıb. İstanbulda birjada kəskin eniş yaşanmağa başlayıb. İnvestorlara panik satışlara qarşı xəbərdarlıq edilir. Digər tərəfdən nazir Mehmet Şimşək bazar vəziyyəti ilə bağlı verdiyi açıqlamada "lazım olan hər şey edilir" mesajını paylaşıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu içlərində İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla 100 nəfərə qarşı genişmiqyaslı əməliyyat başladıb. Siyasi proseslərlə əlaqədar daxili bazarlarda kəskin dalğalanmalar yaşanıb.