Türkiyədə valyuta dəyişmə məntəqələri Maliyyə Nazirliyinin yeni tələblərinə etiraz edirlər.
FED.az xəbər veri ki, Türkiyə Valyuta Mübadiləsi Müəssisələri Platformasının nümayəndəsi Ulaş Çabuk, bildirib ki, 4 Noyabr saat 11:45-də etiraz məqsədilə bir müddət valyuta dəyişmə məntəqələri fəaliyyətlərini dayandıracaqlar.
Çabuk, "Tələblərə yenidən baxılmasını tələb edirik. Bu istiqamətdə etirazlarımız olacaq. Yeni tələblər valyuta dəyişmə məntəqələrinin sonunu gətirəcək bir tənzimləmədir. Mən 2022-ci ilin sonunda şirkətimi bağlamaq məcburiyyətində qala bilərəm", - deyib.
Qeyd edək ki, Türkiyə Maliyyə Nazirliyinin yeni tələbinə görə, A qrupu valyuta mübadiləsi fəaliyyətilə məşğul olan şirkətin nizamnamə kapitalına tələb 5 milyon TL-dən 10 milyon TL-yə, B qrupu şirkətlər üçün 1 milyon TL-dən 5 milyon TL-yə qaldırılıb. Digər bir tələbə görə, valyuta alqı-satqısında mütləq şəxsiyyət vəsiqəsi təqdim edilməlidir. (Marja)