Bu həftənin ilk iş günü, Türkiyədə keçirilən seçkilərdən sonra dərhal Türkiyədə dollar və avro bahalaşıb.
Ərdoğan görəcəyi işləri açıqladı: «Əsas məsələ inflyasiyanın yaratdığı problemlər olacaq»
FED.az xəbər verir ki, İstanbul Birjasında dolların məzənnəsi 0,46% yüksəlib və 1 dollar 20,0630 lirəyə qalxıb.
Avronun da məzənnəsi 0,81% artıb və 1 avro 21,5518 lirəyə yüksəlib. Hazırda birjada hərraclara davam etdiyindən məzənnələr də dəyişir.
İstanbul birjasının indeksi – BİST isə 2,95% artaraq 4716,01-ə yüksəlib.