İyulun 18-də Türkiyədə dolların məzənnəsi 27 TL-ni ötüb.
"Türkiyədə məzənnənin sabitliyi Azərbaycan üçün də vacibdir" - EKSPERT
FED.az xəbər verir ki, dollar/TL məzənnəsi 27,23 səviyyəsini, avro/TL məzənnəsi isə 30,66 səviyyəsini test edib.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı iyulun 20-də növbəti faiz qərarını açıqlayacaq. Analitiklər hesab edir ki, TMB-nin uçot dərəcəsini 5 faiz bəndi artıraraq 15%-dən 20%-ə qədər yüksəldəcək. (Apa)