Türkiyədə Azərbaycan kartları ilə aparılan əməliyyatların həcmi ildə təxminən 2 milyard ABŞ dollarına çatır.
Azərbaycanda debet kartları üzrə əməliyyatların sayı 88% artıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Milli Ödəniş Sisteminin inkişaf siyasətinin hazırlanması şöbəsinin rəisi Ramil Mahmudov Bakıda "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan kartları Türkiyənin elektron ticarət platformalarında alış-veriş üçün fəal şəkildə istifadə olunur.
O qeyd edib ki, AMB-yə mütəmadi olaraq sahibkarlardan "Amazon" və "eBay "kimi platformalar vasitəsilə malların satışı, əsasən ödənişlərlə bağlı yaranan problemlərə görə müraciətlər daxil olur: "Lakin bu problem təkcə bizim ölkəyə xas deyil. Hər bir iri ticarət platformasının öz milli maraqları və siyasəti var. Əvvəllər xarici e-ticarət sistemləri tərəfindən Azərbaycan bazarına maraq az idi, çünki onların əsas diqqəti mal və xidmətlərin Azərbaycanda satışında maraqlı idilər. Lakin nağdsız əməliyyatların artımı ilə bağlı son statistik məlumatlar onların Azərbaycana marağını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın qonşu dövlətlərlə müqayisədə potensialı böyükdür". (Report)