Türkiyə Mərkəzi Bankı özünün bütün qızıl ehtiyatını ABŞ-ın Federal Rezerv Sistemindən (FED) çıxarıb. FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bank öz rəsmi saytında məlumat verərək ümumilikdə ABŞ-dan 28 ton 689 kq qızıl çıxarıldığını bildirib.
Türkiyə bu addımla dolların məzənnəsinin ölkə iqtisadiyyatına təsirini azaltmaq, eləcə də Rusiyadan S-400 sistemlərinin alınmasına görə, özünü ABŞ-ın mümkün sanksiyalarından qorumaq istəyir.
Eləcə də bax: "Neftin maya dəyərini 40 dollara endirmişik" - ABŞ ŞİRKƏTİ
Türkiyə Mərkəzi Bankının ardınca ölkənin özəl bankları da qızıllarını ABŞ-dan çıxarmağa başlayıblar. Türkiyənin Milliyet qəzetinin məlumatına görə, o cümlədən Halk Bankası da öz qızılı ehtiyatlarını (təqriən 29 ton) xaricdən Türkiyəyə gətirib.
Ümumilikdə bəzi məlumatlara görə, türk bankları ABŞ-dan 220 ton qızıl çıxarıblar. ABŞ-dan çıxarılan qızılların bir hissəsi Türkiyəyə gətirilib, qalanı isə Avropaya, o cümlədən Britaniya Mərkəzi Bankında və İsveçrənin Beynəlxalq Hesablaşmalar bankında yerləşdirilib.
Eləcə də bax: Supermarket bazarında rəqabət qızışır – DAHA 5 MARKET
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan türk iqtisadiyyatına təzyiqdən yaxa qurtarmağa və dollara qarşı qızıldan istifamdə etməyə çağırmışdı. Son vaxtlar Türkiyə ilə ABŞ arasında münasibətlər gərginləşib, Suriyə və digər siyasi amillərlə yanaşı, buna Türkiyənin «Halkbank»ının baş menecerinin müavini Mehmet Hakan Atilla nın və türk-iran əsilli biznesmen Reza Zərrabın həbsi səbəb olmuşdu.
Ümumiyyətlə son illər bəzi ölkələr öz qızıl ehtiyatlarını ABŞ-dan çıxarmaqla məşğuldurlar. 2017-ci ildə Almaniya ABŞ-dakı 300 ton və Fransadakı 374 ton qızılını ölkəyə gətirilməsi prosesini başa çatdırıb.
Hazırda dünyada ən byöük qızıl etiyatları ABŞ-dadır – 8130 ton. Sonrakı yerləri Almaniya (3380 ton), İtaliya (2450 ton), Fransa (2435 ton), Rusiya (2000 ton) və Çin (1808 ton) tutur. Xatırladaq ki, qızılın 1 unsiyası (31 qramı) 1340 dollardır. Bu hesabla 1 ton qızıl 40 milyon dollara bərabərdir.
Türkiyə öz qızıllarını ABŞ-dan çıxartdı - MƏBLƏĞLƏR
00:21
23 Aprel 2018