Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) cəmi ehtiyatları 19 Fevral həftəsində 94,1 milyard dollara geriləyib.
Eləcə də bax: "Moody's" Türkiyə iqtisadiyyatı üzrə - Proqnozunu Yüksəldib
FED.az xəbər verir ki, valyuta ehtiyatları 53,9 milyard dollar səviyyəsinə yüksəlib, qızıl ehtiyatları isə 40,2 milyard dollara geriləyib.
TCMB-nin metodologiyasına əsasən aparılan hesablamaya görə, xalis ehtiyatlar isə (bankların məcburi ehtiyatları üzrə vəsaitləri xaric ehtiyatlar) 1,23 milyard dollar azalaraq 12,14 milyard dollar olub. Türkiyənin müxalifət partiyasının iddiasına görə, TCMB-nın ehtiyatları tükənib və mənfi səviyyələrə düşüb. (Marja)