Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3,629 mlrd ABŞ dolları, yaxud 4,1% artaraq 91,806 milyard ABŞ dolları təşkil edib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini - 17%-ə Çatdırıb
FED.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 42,007 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,242 milyon ABŞ dolları, yaxud 3% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,387 mlrd ABŞ dolları, yaxud 5 % artaraq 49,799 milyard ABŞ dolları təşkil edib. (Report)