Xəbər verdiyimiz kimi, bu gün sürpriz şəkildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 7,50 faiz bəndi artıraraq 25 faizə qaldırıb. Bankın uçot dərəcəsini 20 faizə qədər artırılacağı proqnozlaşdırılırdı. TCMB-nin yeni administrasiya işə başlayanda uçot dərəcəsi 8,50 faiz səviyyəsində idi.
"Türkiyədə məzənnənin sabitliyi Azərbaycan üçün də vacibdir" - EKSPERT
FED.az xəbər verir ki, TCMB-nin faiz qərarı açıqlanmamışdan əvvəl Dollar/Türk Lirəsi məzənnəsi 27,2708 lirə səviyyəsini görmüşdü. Qərardan sonra məzənnə 27 lirə səviyyəsindən də aşağı düşüb və 26,6751 lirə olub (saat 15:12-yə olan məlumat). Türk Lirəsi Dollar qarşısında 2 faizdən çox bahalaşıb. (Marja)