Türkiyə Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 37%-ə endirib.
Türkiyədə «kartdan karta» köçürmələrə nəzarət başlayır - YENİ ŞƏRTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, TCBM-nin Pul Siyasəti Komitəsi bir həftəlik repo üzrə uçot dərəcəsini 38%-dən 37%-ə endirib. Qərara əsasən, gecəlik borcvermə faizi 41%-dən 40%-ə, gecəlik borclanma faizi isə 36,5%-dən 35,5%-ə endirilib.
Qurum vurğulayıb ki, qiymət sabitliyi təmin olunana qədər sərt pul siyasəti saxlanılacaq və inflyasiya görünümü ara hədəflərdən kənara çıxarsa, monetar duruş sərtləşdiriləcək. (Apa)










