Türkiyə Mərkəzi Bankı (TCMB) 2024-cü ilin avqust ayı üçün "Sektor inflyasiya gözləntiləri"ni açıqlayıb.
Türk lirəsi dollar qarşısında daha da zəiflədi
FED.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı bildirir.
Məlumata görə, müvafiq olaraq, avqust ayında illik inflyasiya gözləntiləri real sektor üçün 1,2 faiz bəndi azalaraq 53,8 faiz, ev təsərrüfatları üzrə isə 1,1 faiz bəndi artaraq 73,1 faiz səviyyəsinə yüksəlib.
Gələcək 12 ayda inflyasiyanın azalacağını gözləyən ev təsərrüfatlarının nisbəti əvvəlki ayla müqayisədə 0,3 faiz bənd artaraq 29,6 faizə çatıb. (Apa)