Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Türkiyənin zəlzələ bölgəsində kredit borclarının müddəti - 6 AY UZADILIB
FED.az xəbər verir ki, Bank əsas pul siyasəti faizini 0,50 faiz bəndi azaldaraq 9%-dən 8,50%-ə endirib.
Mərkəzi Bank qeyd edib ki, faizin azaldılması zəlzələdən sonra lazımi bərpanı dəstəkləmək məqsədini daşıyır.
İqtisadçıların çoxu Mərkəzi Bankın faiz dərəcəsini 1 faiz bənd aşağı salacağını gözləyirdi.
TCMB-nin yaydığı press-relizdə bildirilir:
"Zəlzələnin istehsal, istehlak, məşğulluq və gözləntilərə təsiri hərtərəfli qiymətləndirilir. Zəlzələnin yaxın perspektivdə iqtisadi aktivliyə təsir göstərəcəyi gözlənilsə də, orta müddətli perspektivdə Türkiyə iqtisadiyyatının performansına daimi təsir göstərməyəcəyi gözlənilir. Bu çərçivədə Pul Siyasəti Komitəsi faizi 0,50 faiz bəndi endirməyə qərar verdi. Komitə hesab edir ki, bu, zəlzələdən sonra lazımi bərpanı dəstəkləmək üçün kifayətdir. 2023-cü ilin ilk yarısında baş verən zəlzələnin təsirləri yaxından izlənəcək". (Marja)