Türkiyə Mərkəzi Bankı 2025-ci ilin ilk faiz qərarını açıqlayaraq, faiz dərəcəsini 2,50 faiz bəndi azaldaraq 45 faiz səviyyəsində müəyyən edib.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, bu ötən ay keçirilən iclasda 50 faizdən 47,50 faizə endirilən faiz dərəcəsinin ardınca gələn yeni bir addım olub.
Mərkəzi Bankın açıqlamasında inflyasiyanın azalma tendensiyasının dekabr ayında davam etdiyi, ancaq yanvar ayında proqnozlara uyğun olaraq artım gözləntilərinin olduğu bildirilib. Ümumiyyətlə, əsas malların inflyasiyası nisbətən aşağı səviyyədə qalır.
Bank, pul siyasətində davamlı qətiyyətli mövqe sərgilədiyini, yerli tələbin tarazlaşdırılması, Türk lirasının güclənməsi və inflyasiya gözləntilərinin yaxşılaşması ilə dezinflyasiya prosesini sürətləndirdiyini vurğulayıb. Fiskal siyasətin koordinasiyasının artırılması da bu prosesə müsbət təsir göstərir.