Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 500 baza bəndi artıraraq 40 faizə çatdırıb.
Lirənin ucuzlaşması Azərbaycana - NECƏ TƏSİR EDİR?
FED.az xəbər verir ki, noyabrın 23-də qəbul edlən qərarda artımın məbləği bazar gözləntilərindən yüksək olub.
Mərkəzi Bankın (TCMB) Pul Siyasəti Komitəsinin (PPK) qərarla bağlı açıqlamasında deyilir ki, faiz artımları dövrü sona yaxınlaşmaqdadır: «İdarə Heyəti hesab edir ki, inflyasiyanın qarşısının alınması üçün lazım olan pul sıxlığı səviyyəsinə əhəmiyyətli dərəcədə yaxınlaşılıb. Bu kontekstdə monetar sərtləşdirmə sürəti aşağı salınacaq və sərtləşdirmə addımları qısa müddət ərzində tamamlanacaq».
Qərardan bir qədər əvvəl 28,83 TL olan Dollar/TL məzənnəsi qərardan sonra 28,60-a kimi gerilədikdən sonra yenidən bahalaşıb. Hazırda 1 dollar 28,87 lirə ətrafındadır.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı ardıcıl 5 iclasda faiz dərəcələrini artırmaqda davam edib.
Qepyd edək ki, oktyabrda Türkiyədə rəsmi inflyasiya 61,36 faiz olduğu halda, rəqəmin bu ilin sonuna 67%-ə yüksələcəyi, gələn il üsün isə 49% olacağı gözlənilir.