Maliyyə

Türkiyə lirəsinin manata qarşı məzənnəsi - Tarixi Minimuma Enib

Türkiyə lirəsinin manata qarşı məzənnəsi - Tarixi Minimuma Enib | FED.az
15:26 16 May 2021

Mayın 16-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2012 manat təşkil edib. Bu, yeni tarixi minimumdur.

Eləcə də bax: "Lirənin ucuzlaşmasının manata təsiri gözlənilmir"

FED.az xəbər verir ki, bu göstərici Azərbaycan manatının denominasiyasından (2006-cı il) bəri qeydə alınmış ən aşağı göstəricidir. Bundan əvvəl lirənin manata qarşı məzənnəsinin tarixi minimumum ötən ilin noyabrın 5-də qeydə alınıb – 0,2014 manat.

Qeyd edək ki, indiyədək (denominasiyadansonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 5 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 1 manat 4,9701 lirəyə bərabərdir.(Apa)

Banner

Digər xəbərlər