Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin aşağı salınması haqqında qərarından sonra Türkiyə lirəsi ABŞ dollarına nisbətdə tarixi minimumları yeniləməkdə davam edir.
Eləcə də bax: Elman Rüstəmov: Lirənin ucuzlaşmasının Azərbaycana təsiri barədə
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, cümə günü səhər lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 9,64-ə çatıb, Bakı vaxtı ilə saat 13.30-da isə 9,60 səviyyəsində möhkəmlənib.
Qeyd edək ki, lirənin məzənnəsinin rekord səviyyədə düşməsi fonunda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 18%-dən 16%-ə endirib ki, nəticədə lirənin ucuzlaşması sürətlənib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Mərkəzi Bankın 3 yüksək vəzifəli məmuru, o cümlədən bank sədrinin 2 müavini – Semih Tümən və Uğur Namık Küçükün işdən azad edilməsi haqqında xəbərlər fonunda oktyabrın 14-də Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına nisbətdə 9,18 səviyyəsinə düşüb.
Həmin 3 məmurun uçot dərəcəsinin aşağı salınmasının əleyhinə səs verdiyi bildirilir.