Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) mart ayı üzrə tədiyyə balansının statistikasını açıqlayıb.
FED.az xəbər verir ki, cari əməliyyatlar kəsiri mart ayında 5,55 milyard dollar, 12 aylıq cari hesab kəsiri isə 24,2 milyard dollar olub.
İqtisadçılar kəsirin 5,7 milyard dollar olacağını gözləyirdilər.
Eləcə də bax: Lirə kəskin - UCUZLAŞDI
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) qiymətləndirməsinə görə, xarici ticarət kəsiri 3,36 milyard dollar artaraq 6,34 milyard dollara çatıb.
Əsas göstərici olan qızıl və enerji xaric cari əməliyyatlar hesabı, əvvəlki ilin eyni ayında 314 milyon dollar kəsir vermiş, mart ayında isə 2,48 milyard dollar müsbət saldo yaranıb. (Marja)