Avqust ayının nəticələrinə görə, Türkiyə bankları tarixində ən böyük mənfəətə çıxıblar. FED.az xəbər verir ki, bunu ölkənin Bank tənzimlənməsi və Araşdırma qurumu (BDDK) açıqlayıb.
Ötən ay banklar 4 milyard 492 milyon lirəlik mənfəət əldə ediblər. Ötən ilin eyni ayında 4 milyard 232 milyon lirə kar edən sektorun mənfəəti bu il 6,1% artıb.
Ümumilikdə bu ilin ilk 8 ayında bankların mənfəəti ötən ilil müqayisədə 14,3% artaraq 33 milyard 280 milyon lirədən 38 milyard 46 milyon lirəyə yüksəlib.
Artmın əsas səbəbir bankların əldə etdiyi faiz gəlirlərinin 41,6% artması olub.
Ötən il 156,6 milyard olan faiz gəlirləri bu il 21,8 milyard lirə olub.
Bu müddətdə bankların faiz xərcləri də kəskin yüksəlib və 51,3% artaraq 126,5 milyard lirəyə qalxıb. Bunun 84 milyard lirəsi əmanətlərə xərclənib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir