USD/TL (ABŞ Dolları/Türk Lirəsi) məzənnəsinin həftənin əvvəlindən bu yana davam edən yüksəlişi daha da sürətlənib.
"Türkiyənin bundan başqa çarəsi yoxdur" - Maliyyə nazirindən ilk açıqlama
FED.az xəbər verir ki, məzənnə 6,5 faizdən çox artaraq rekord səviyyələrə çatıb. Dolların qiyməti 23 türk lirəsini (TL) də keçərək 23,03 lirəni görüb (Bakı vaxtı ilə saat 11:09-a olan məlumat)
Dollar/Türk Lirəsi məzənnəsində 3 günlük artım 9%-i keçib. İlin əvvəlindən məzənnədə 20 faizdən çox artım var.
Avro/TL məzənnəsində isə 24,72 ilə rekord qeydə alınıb.
Seçkilərdən sonra Dollar/Türk Lirəsi məzənnəsində yüksəliş dinamikası müşahidə olunur.
Xarici qurumlar dollar/TL gözləntilərini yenidən nəzərdən keçirdilər. Commerzbank il sonu Dollar/Türk Lirəsi proqnozunu 20-dən 25-ə yüksəltdiyi halda, 2024-cü il üçün il sonu gözləntisini 30 olaraq açıqlayıb.
Commerzbank-ın baş iqtisadçısı Tatha Ghose, Prezident Rəcəb Tayyib Ərdoğanın seçkidə qalib gəlməsindən sonra siyasətlərin istiqaməti ilə bağlı qeyri-müəyyənliyin artıq olmadığını və buna görə də valyuta bazarının "gözləməyə davam etməsi üçün" heç bir səbəbi olmadığını bildirib.
"Goldman Sachs"ın analitikləri məzənnəyə olan təzyiqlərə istinad edərək, üç, altı və on iki aylıq dövrlər üçün Dollar/Türk Lirəsiproqnozlarını yuxarıya doğru nəzərdən keçiriblər. Goldman Sachs analitikləri rüblük Dollar/Türk Lirəsi proqnozunu 19-dan 23-ə, altı aylıq proqnozunu 21-dən 25-ə, on iki aylıq proqnozunu isə 22-dən 28-ə qaldırıblar.
Analitiklər qeyd ediblər ki, Türkiyə Mərkəzi Bnkının xalis ehtiyatları mənfi əraziyə keçib və müdaxilə imkanları azalıb.
Digər tərəfdən "SocGen" və "JPMorgan" iyun toplantısında Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) iddialı faiz artıracağını proqnozlaşdırırlar. (Marja)