ABŞ-da və Türkiyədə istiqraz faizlərinin yüksəlməsi, dolların qlobal miqyasda dəyər qazanması, neftin bahalaşması, siyasi və geosiyasi qeyri-müəyyənliklər ilə əlaqədar olaraq 4.50 ilə rekord qıran Dollar/TL məzənnəsi bu gün yenidən 4.49-u görüb.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:25-də məzənnə 4.4957 səviyyəsində olub.
Türkiyə Mərkəzi Bankının məzənnə rekordundan sonra lazımi addımların atılacağı mesajını verməsiilə 4.40-a qədər geriləyən Dollar/TL yenidən yüksəlişə keçib.
Dollar bu həftə bütün inkişaf edən ölkə pul vahidləri qarşısında bahalaşıb. Lirə, Argentina pesosu və Cənubi Afrika randından sonra 3.86% ilə bu həftə dollara qarşı ən çox dəyər itirən pul vahidi olub.
Dollar, son 3 həftədə Lirə qarşısında təxminən 10% dəyər qazanıb.