Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçildikdə sonra da Türk Lirəsi ucuzlaşmaqda davam edir.
Ərdoğan görəcəyi işləri açıqladı: «Əsas məsələ inflyasiyanın yaratdığı problemlər olacaq»
FED.az xəbər verir ki, Ərdoğanın yeni kabineti (yeni nazirlərin adlarını) açıqlaması da Türkiyənin milli valyutasına müsbət təsir göstərməyib. Bakı vaxtı ilə saat 07:50-də Dollar/Türk Lirəsi (TL) məzənnəsi 21,15 lirə təşkil edib. Bu gün Türk lirəsi Dollar qarşısında 0,8% də dəyərdən düşüb.
Qeyd edək ki, qlobal birjalarda ABŞ dolları Federal Ehtiyat Sisteminin (FED - ABŞ Mərkəzi Bankı) iyun ayında faiz dərəcələrini artırıb artırmayacağına dair qeyri-müəyyənlik fonunda son iki ayın ən yüksək səviyyəsinə yaxın əməliyyat olunur. Dolların mühüm valyutalar qarşısında bahalaşması da Türk Lirəsinin ucuzlaşmasına təsir göstərir.
Uzun illər iqtisadiyyat idarəçiliyində çalışan Mehmet Şimşəkin maliyyə naziri təyin edilməsinin Türkiyə aktivlərinə müsbət təsir edəcəyi gözlənilirdi. Lakin hələlik bu baş verməyib. Şimşək beynəlxalq səviyyədə qəbul edilən iqtisadi siyasətləri ilə tanınır.
Nazir Şimşək ilk açıqlamasında, "Türkiyənin rasional zəminə qayıtmaqdan başqa yol yoxdur. İstənilən rifahın əldə edilməsində qaydalara əsaslanan Türkiyə iqtisadiyyatı əhəmiyyətli olacaq. Makro maliyyə sabitliyinə üstünlük verəcəyik" deyib. (Marja)