Bu gün qlobal maliyyə bazarlarında TRY/USD nisbəti 4,8203-ə çataraq tarixi rekordunu yeniləyib.
FED.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, bu həftənin əvvəlində Türkiyədə ABŞ dolları qarşısında məzənnəsi 4,5 lirə təşkil edib. Ötən günün sonunda isə məzənnə 4,8 lirəyə yüksəlib.
İlin əvvəli ilə müqayisədə lirə dollar qarşısında 20,27% dəyərdən düşüb. Amerika valyutasına nisbətdə ucuzlaşma baxımından Türkiyənim milli valyutası yalnız Argentina pesosundan geri qalıb. Latım Amerikası ölkəsinin milli valyutası bu ilin əvvəlindən dollar qarşısında 23,32% dəyərdən düşüb.