Dollar/TL məzənnəsi həftəyə rekord yeniləyərək başladı. Məzənnə, Bazar ertəsi günü erkən əməliyyatlarda 4.52 səviyyəsini aşaraq bütün zamanların ən yüksək səviyyəsinə qalxıb.
Bu gün səhər 1 Dollar 4.52 türk lirəsi səviyyəsini də keçib.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:09-da məzənnə 4.5255 səviyyəsini görüb. Lirə Dollar qarşısında 0,7% də dəyərdən düşüb.
ABŞ Dolları, lirə qarşısında ötən həftə 4.50 səviyyəsinin üzərini görməsinin ardından həftə sonunda 4.49 səviyyələrindən bağlanmışdı.
Avro 5,31 lirə səviyyəsini keçib.