Bu gün Türkiyənin milli valyutası olan lirənin ABŞ dollarına qarşı məzənnəsi tarixi minimumu yeniləyib.
FED.az xəbər verir ki, Türkiyənin Avropa İttifaqı ilə əlaqələrinin pisləşməsi fonunda lirənin məzənnəsi ötən günün tarixi rekord minimal göstəricini (7,88) ötərək yeni tarixi minimuma imza atıb. Hazırda 1 dollar 7,89 lirə təşkil edir.
Qeyd edilir ki, Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar və valyuta bazarına yüksək dəyərdə olan müdaxilələr fonunda lirə bu il dəyərinin 25%-ni itirib. Son vaxtlar geosiyasi narahatlıqlar da lirəyə qarşı təzyiqi artırıb. Proqnozlara əsasən, lirənin zəifləməsi davam edəcək və Türkiyənin bütün ili tənəzzüldə olacağı gözlənilir. (Apa)