Türkiyədə lirə ötən günki kəskin geriləmədən sonra bu gün yenidən möhkəmlənməyə başlayıb.
FED.az xəbər verir ki, bu gün yanvarın 11-də dollar günə 3.7990 lirə ilə başlayıb. Saat 16:20-ə olan göstəricilərə görə, Türkiyədə dollar 3.7945 TL-yə alınır. Dolların satışı isə 3.7953 TL-yə çatıb.
Avro da lirəyə qarşı cuzi uzuşlaşıb. Hazırda 1 avro 4.5617 TL-yə tədavül olunur. çatıb. Avropa valyutasının satışı isə 4.5622 TL ilə davam etdirilir.
Xatırladaq ki, ötən gün Türkiyədə dolların məzənnəsi 3.80 lirəyədək qalxmışdı.