Dünən Afrindəki hərbi əməliyyat xəbərindən sonra kəskin ucuzlaşan türk lirəsi bu gün mövqeyini möhkəmləndirə bilib.
FED.az xəbər verir ki, bu gün birjalarda 1 dollar 3.78 lirəyə ticarət edilir. Dünən isə dollar/lirə məzənnəsi 3.84-ə qədər yüksəlmişdi.
Avronun məzənnəsi isə artaraq 4.64 lirəyə çatıb.
Ekspertlər hərbi əməliyyatın müddətinin və ABŞ-Rusiya-Türkiyə münasibətlərinə dair informasiya axınının bazarlar üçün əhəmiyyətli olacağına diqqət çəkirlər.