Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, “Bu hökumət faiz artırmayacaq. Faiz dərəcəsini endirməyə davam edəcəyik” açıqlamasından sonra Dollar/TL məzənnəsi dekabrdan bu yana ən yüksək səviyyəsinə çatıb.
Eləcə də bax: Rubl dollar və avro qarşısında - ZƏİFLƏYİB
FED.az xəbər verir ki, bu gün Dollar/TL məzənnəsindəki artım 1%-ə çatıb. Məzənnə 16,75 Türk Lirəsi olmaqla 6 ayın ən yüksək səviyyəsinə çatıb.
Eyni zamanda, Dollar da qlobal miqyasda aşağı risk iştahı ilə bahalaşır. Bu da Dollar/TL məzənnəsinin yüksəlməsinə təkan verir.
Analitiklər bildirir ki, Ərdoğanın açıqlaması Türkiyə Mərkəzi Bankının “U” dönüşü etməyəcəyini və faizini artırmayacağını açıq şəkildə göstərir. (Marja)