Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərcəsini bir qədər də azaldacağına dair gözləntilər fonunda türk lirəsi ABŞ dolları qarşısında növbəti dəfə rekord həddə ucuzlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 15.15 radələrində qonşu ölkədə 1 Amerika valyutası 10,25 lirəyə bərabər olub.
Xatırladaq ki, lirənin kəskin ucuzlaşması ötən ayın ortalarında TMB-nin üç vəzifəli şəxsinin, o cümlədən sədrin iki müavinin işdən çıxarılması fonunda başlayıb. Oktyabrın sonunda isə tənzimləyici qurum uçot dərəcəsini 18 %-dən 16 %-ə endirib. Bundan sonra milli valyutanın ucuzlaşması sürətlənib.