Dollar/TL məzənnəsi artan geosiyasi risklərdən sonra son 2 ayda ilk dəfə 14 səviyyəsini keçib.
Eləcə də bax: Rubl kəskin ucuzlaşdı - RUSİYADA DOLLAR VƏ AVRO BAHALAŞIR
FED.az xəbər verir ki, Dollar/TL məzənnəi Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra qlobal bazarlarda narahatlıqlar səbəbilə 14,22 səviyyəsini keçib.
Məzənnə 2,8% artııb. Dollar 14,20 səviyyəlsini sonuncu dəfə dekabrın 21-də görmüşdü.
Avro/TL də 16 səviyyəsinə yüksəlib.
Qlobal bazarlarda riskdən yayınmanın başlaması ilə Bloomberg Dollar Spot İndeksi yüksəlib.
İstanbul Birjasının (Borsa İstanbul) BİST 100 indeksi 8%-ə yaxın düşüb. İlk öncə İstanbul Birjasında əməliyyatlar dayanıb, sonra isə sitem aktivləşdirilib.
Türkiyəyə gələn xarici turistlərin böyük hissəsini ruslar və ukraynalılar təşkil edir. (Marja)