Dollar/TL məzənnəsi Türkiyə Cümhuriyyəti Mərkəz Bankının (TCMB) pul siyasəti faizini 1 bənd endirərək 15% olaraq təyin etməsinin ardından yüksələrək 11 səviyyəsini də aşaraq rekord yeniləyib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini - 15%-Ə ENDİRDİ
FED.az xəbər verir ki, məzənnə 11,0970 səviyyəsini görüb.
Türk lirəsi həftənin əvvəlindən bu yana dollar qarşısında 8%-ə yaxın dəyər itirərək dollar qarşısında ən çox dəyər itirən inkişaf edən ölkə pul vahidi olub.
Türk lirəsi 2021-ci ilin əvvəlindən bu yana isə dollar qarşısında 50%-ə yaxın ucuzlaşıb. (Marja)