Bu həftə Türkiyə Cümhuriyyati Mərkəzi Bankı (TCMB) növbəti faiz qərarını açıqlayacaq. TCMB-nin hazırda 17,50% səviyyəsində olan uçot dərəcəsini daha da artıracağı gözlənilir.
"Türkiyədə məzənnənin sabitliyi Azərbaycan üçün də vacibdir" - EKSPERT
FED.az xəbər verir ki, Mərkəzi Bankın qərarını açıqlayacağı həftənin ilk günündə Türk Lirəsinin ucuzlaşması sürətlənib. Bakı vaxtı ilə saat 16:00-da Dollar/Türk Lirəsi məzənnəsi 27,20 lirə səviyyəsində olub. Bu gün Türk Lirəsi Dollar qarşısında 0,4% ucuzlaşıb.
24 avqust 2023-cü il tarixində keçiriləcək TCMB-nin Pul Siyasəti Komitəsinin iclasında faizin 2,50 bənd artırılaraq 20%-ə çatdıracağı gözlənilir.
İqtisadçıların proqnozları18,50% ilə 20% arasındadır.
İqtisadçıların 2023-cü ilin sonuda uçot dərəcəsinin 26,50%-ə çatacağını gözləyirlər.
TCNB ötən ay keçirilən iclasında faizini 2,50 bənd artırılaraq 15 faizdən 17,50 faizə yüksəldib. (Marja)