Turizm xidmətləri balansında 241 milyon dollar həcmində profisit əldə olunmuşdur. Turizm sektorunun inkişafı tədiyyə balansında da öz əksini tapmışdır.
Şuşa otelləri 3 milyon manat qazanıblar – ŞUŞA GƏLİRLƏR ÜZRƏ ŞƏKİNİ GERİDƏ QOYDU
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov dekabrın 15-də keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, xidmətlər balansı bölməsində olan turizm xidmətləri balansı adətən kəsirli olurdu, amma bu dövr ərzində turizm xidmətləri balansı profsitə keçmişdir. Turizm xidmətləri balansında 241 milyon dollar həcmində profsit əldə olunmuşdur. O öz çıxışında turistlərin gəlişi ilə bağlı məqamlara da toxunub.
Dövr ərzində keçən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli dərəcədə artım qeydə alınmışdır. Artım 32% həcmində olmuşdur, sayla dedikdə isə bu rəqəm 1 milyon 535 min nəfər təşkil etmişdir.