ABŞ prezidenti Donald Trampun ticarət danışıqlarına dair narahatlıq yaradan bəyanatından sonra Çin birjalarında səhmlər kəskin ucuzlaşıb. Yuan dollar qarşısında dəyər itirib, Çinin dövlət istiqrazlarının faizləri isə yüksəlib.
FED.az xəbər verir ki, Çin birjasının əsas göstəricisi olan «CSI 300» indeksi 6,08% azalıb. Bu sözügedən indeksin 2016-cı ilin fevral ayından etibarən ən yüksək azalmasıdır. Çinin milli valyutası olan yuan da son 3 ildən bəri ən kəskin ucuzlaşmasını yaşayıb və nəticədə 1 dollar 6,822 yuana yüksəlib.
Çində 10 illik müddətli xəzinə istiqrazlarının gəlrliyi isə artaraq 3,346 faiz olub.
Eləcə də bax: Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq - XƏBƏRDARLIQ
Qeyd edək ki, Tramp, Twitter üzərindən açıqlamasında ticarət danışıqlarının ləng getdiyinə işarə edərək 200 milyard dollarlıq Çin idxalına tətbiq olunan 10%-lik verginin cümə günü 25%-ə qaldırılacağını bildirib.
Bəzi mənbələr bildirir ki, Trampın açıqlamasından sonra, Çinin yüksək rəsmilərinin bu həftə Vaşinqtona planlaşdırılan səfəri təxirə düşəcək.