ABŞ-ın İranla nüvə sazişindən imtina etməsi və bunun nəticəsində Yaxın Şərqdə gərginliyin artması iqtisadi məsələlərə təsir etməyə başlayıb. FED.az xəbər verir ki, türk lirəsinin məzənnəsmində müşahidə edilən ucuzlaşma Trampın qərarından sonra daha da sürətlənib və 1 dollar qarşısında 4,3677 lirəyə yüksəlib.
Dollarla yanaşı, avro və ingilis funtu da bahalaşıb. Belə ki, 1 avro 5,15 lirəyə, 1 funt isə 5,89 lirəyə yüksəlib.