ABŞ prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Paueli faiz dərəcələrini aşağı salacaq bir şəxslə əvəzləyəcəyini bəyan edib və faizləri indiki səviyyədə saxlayan prezident istəmədiyini qeyd edib.
FED.azxəbər verir ki, Tramp dünən keçirdiyi mətbuat konfransında faiz dərəcələri barədə danışarkən faizləri aşağı salmaq istəməyən FED sədri Cerom Paueli tənqid etməklə yanaşı, onu istefaya çağırıb, üstəlik FED rəhbəri haqqında kəskin ifadələri sağa-sola paylayıb.
"Mən çox istərdim ki, Pauell istefa versin"
FED sədri Pauel haqqında tənqidlərinə davam edən Tramp, "İstəsə istefa verməsini çox istərdim. O, dəhşətli bir iş gördü" dedi. Tramp qısa müddətdə inflyasiya məsələsində çox şey əldə etdiklərini və ölkədə inflyasiyanın demək olar ki, olmadığını qeyd edib.
"Bir qələm zərbəsi ilə faiz dərəcələrini aşağı sala və bizə ildə yüz milyardlarla dollar qənaət edə bilən bir oğlan var, amma o, axmaqdır", - Tramp Pauell haqqında deyib.
Tramp bəzi ölkələrdə faiz dərəcələrinin ABŞ-dan daha az olduğunu bildirərək deyib ki: "Amma bizdə inadkar bir qatır və böyük səhv edən axmaq oğlan var. O, səhv edir və bu, illərdir davam edir. Kim gəlirsə, dərəcələri aşağı salacaq. Əgər kiminsə tarifləri olduğu yerdə saxlayacağını düşünürəmsə, mən onları işdən çıxarmayacağam. Çoxlarını aşağı salmaq istəyənləri ora gətirəcəyəm."