ABŞ prezidenti Donald Tramp Federal Rezerv Sistemindən (FED) uçot dərəcəsini bir qədər də azaltmağı tələb edib.
FED.az xəbər verir ki, Trampın bu bəyanatı FED-ın uçot dərəcəsini endirməsindən sonra səslənib.
Qeyd edək ki, martın 3-də FED uçot dərəcəsini azaldaraq 1,5-1,75%-dən 1-1,25%-ə endirib. FED. Rəsmiləri bunu virusla mübarizə ilə izah ediblər.
Trapm isə hələ də bu göstəricinin reallığa uyğun olmadığını bildirərək enmənin davam etməsini tələb edib.
Onun sözlərinə görə, Mərkəzi Bank (FED) dolları bir az da zəiflətməli və uçot dərəcəsini başqa rəqib ölkələrlə bir həddə çatdırmalıdır.
«Öiz düz meydançada oynamırıq. Bu ABŞ-a qarşı ədalətsizlikdir. Nəhayət FED-in irəlidə olması vaxtı çatıb, azalma (uçot dərəcəsinin azalmasını deyir) davam etməlidir».