“Nikoil Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
FED.az xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 52 mln. manat və yaxud 17,6% artırılaraq 296 mln. manatdan 348 mln. manata çatdırılmasından sonra baş verib.
Kapital artımı üçün “Nikoil Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhmi Bankın əsas səhmdarı – “Topaz Investment” QSC əldə edib. Bununla da, şirkətin “Nikoyl Bank”dakı payı 94,92%-dən 95,68%-ə yüksəlib.
Əvəzində digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Marina Kulişovanın payı 4,96%-dən 4,22%-ə, “İSR Holdinq” MMC-nin payı isə 0,12%-dən 0,1%-ə düşüb.
Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb.
“Nikoil Bank”ın səhmdarlarının pay bölgüsü |
||||
Səhmdarlar |
Əvvəl |
İndi |
||
Məbləğ (mln. manatla) |
Faiz nisbəti |
Məbləğ (mln. manatla) |
Faiz nisbəti |
|
“Topaz Investment” QSC |
280,958 |
94,92% |
332,958 |
95,68% |
Marina Kulişova |
14,697 |
4,96% |
14,697 |
4,22% |
“İSR Holdinq” MMC |
0,345 |
0,12% |
0,345 |
0,10% |
Cəmi |
296,000 |
100,00% |
348,000 |
100,00% |