Araşdırmalar zamanı məlum olub ki, bir çox bələdiyyələr maliyyə sabitliyi baxımından əhalinin tələblərinə cavab vermir, təminatını, müvafiq təşkilati fəaliyyəti həyata keçirə bilmirlər.
Bələdiyyələrə xidmət haqları nağdsız qaydada köçürüləcək
FED.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"nin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, buna görə bələdiyyələrin birləşdirilməsi həyata keçirilir:
“Ötən il bu mexanizm çərçivəsində özünü idarəetmə iqtidarında olmayan bələdiyyələr birləşdirildi və onların sayı 1606-dan 685-ə qədər azaldıldı. Bələdiyyələrin birləşməsi onların xidmətlərinin rəqəmsallaşdırılmasına əlverişli imkan yaradır.
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi bələdiyyələrin idarəetmə keyfiyyətinin artırılmasına, vətəndaşlara daha yaxşı xidmət göstərilməsinə və resurslardan daha effektiv istifadə edilməsinə şərait yaradacaq.
Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin yeni çağırışlara uyğun təşkilinə kömək və metodoloji yardım göstərilməsi, inzibati nəzarətin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir”. (Report)