Müasir kredit büroları artıq ənənəvi məlumatlarla kifayətlənmir.
FED.az xəbər verir ki, bunu 23 iyun 2025-ci ildə Bakıda keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev bildirib
O bildirib ki, elektron ticarət, icarə ödənişləri və kommunal xidmətlər kimi alternativ məlumat mənbələri kredit əlçatanlığını daha da artırır.
"Bu tendensiya xüsusilə fərdi sahibkarlar, mikro və kiçik bizneslər üçün yeni imkanlar yaradır”, – deyə o qeyd edib.