Yeni BLE (“Bluetooth Low Energy”) ödəniş texnologiyası cari ilin noyabr ayında istifadəyə veriləcək.
FED.az xəbər verir ki, bunu “APA-Economics”ə “Akhundoff Group”un təsisçisi və idarə heyətinin sədri Telman Axundov deyib.
Onun sözlərinə görə, istifadəçilər bu texnologiya vasitəsilə Bakının bir sıra ticarət obyektlərində alış-veriş edərkən təmassız ödəniş edə biləcəklər.
Qeyd edək ki, “Bluetooth” üzərindən müxtəlif xidmətlərin ödənişlərini “Portmanat” mobil əlavə vasitəsilə aparmaq mümkün olacaq. Hazırda BLE “Portmanat”ın mobil əlavəsinə inteqrasiya olunur.