2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının ticarət müəssisələrinə verilmiş biznes kreditlərinin həcmi 4 milyard 248,4 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu növ kreditlərin həcmi aylıq müqayisədə 79,6 milyon manat (1,9%), illik müqayisədə 642,5 milyon manat (17,8%) artıb.
Qeyd edək ki, ticarət müəssisələrinə verilmiş biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 4 milyard 168,8 milyon manat, ötən ilin eyni dövrünə 3 milyard 605,9 milyon manat təşkil edib.
Xatırlatma üçün bildirək ki, 2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 787,2 milyon manat təşkil edib.
Biznes kredit portfeli aylıq müqayisədə 40,5 milyon manat (0,2%), illik müqayisədə 2 milyard 170,4 milyon manat (17,2%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 14 milyard 746,7 milyon manat, ötən ilin eyni dövrünə 12 milyard 616,8 milyon manat təşkil edib.