"Azərbaycanın ixracının 90%-dən çoxunu neft və qaz təşkil edir, ikisi arasında balans qaza doğru dəyişəcək".
FED.az xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib.
Qeyd edilib ki, 2024-28-ci illərdə neftin qiymətinin 15%-dən çox azalması gözləntilərinə baxmayaraq, qaz ixracı artdıqca ölkənin cari əməliyyatlar hesabı profisitdə qalacaq.
EIU əlavə edib ki, Azərbaycan Türkiyəyə qaz tədarükünü 25% artırıb: "Türkiyə bu baxımdan İtaliyanı keçərək Azərbaycanın ən böyük ixrac bazarına çevrilib. Təbii qaz ixracı üzrə Avropanın enerji şaxələndirilməsi səyləri Azərbaycana böyük fayda verəcək". (Apa)