Azərbaycanda fəaliyyət göstərən texnologiya müəssisələri, mobil operatorlar və digər bu kimi şirkətlər hər hansı maliyyə xidmətini, yaxud məhsulunu təqdim edə bilərlər.
Mərkəzi Bank faiz qərarını açıqladı - FAİZLƏR ENDİRİLDİ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Hüquq departamentinin Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin böyük hüquq məsləhətçisi Günay Mahmudova açıqlama verib.
Onun sözlərinə görə, həmin şirkətlər maliyyə xidmətlərinin təqdim olunması ilə bağlı “Sand box” rejimində sınaqlar apara bilərlər: “Nəzarət subyekti olmayan, amma maliyyə xidmətlərinin göstərilməsində maraqlı olan təşkilatlar “Sand box”ların sınaqları ilə bağlı Mərkəzi Banka müraciət edə bilərlər. Artıq bu istiqamətdə infrastruktur qurulmaqdadır, eyni zamanda qaydaların hazırlanması davam edir. Müvafiq infrastruktur qurulduqdan sonra yeni layihələrin sınaq rejimində tətbiqi gözlənilir”. (Vergilər.az)