Oktyabrın 19-u saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Texnikabank" ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.
Fonddan FED.az-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,03181 hektar torpaq sahəsində yerləşən 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və birmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 259,7 kvadratmetr olan qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın təkrar hərracdakı satış qiyməti 1 milyon 100 min manatdır. Əmlakın sentyabrın 21-də keçirilən ilkin hərracı baş tutmayıb. Təkrar hərrac oktyabrın 19-u saat 11:00-da keçiriləcək. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına köçürülməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67