Məlumat üçün bildiririk ki, ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatına artıq başlanıldı.
Ləğv prosesində olan “Günay Bank” ASC-nin - KREDİTORLARININ NƏZƏRİNƏ!
Bu barədə FED.az-a Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
Əmanətlərin Sığortalanmasi Fondu “Günay Bank” ASC-nın - LƏĞVEDİCİSİ TƏYİN EDİLDİ
Bildiyiniz kimi, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Günay Bank” ASC-nin ləğvedicisi olaraq ötən gün kütləvi informasiya vasitələrində kreditor tələblərinin qeydiyyata alınması ilə bağlı bildiriş yayımlamışdır. Sözügedən bildirişə əsasən, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları 18 iyul 2023-cü il tarixədək Bankın Baş ofisinə müraciət edərək təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “Günay Bank” ASC – nin Baş ofisi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45
Əlaqə: (+994) 941