u gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
AMB-dən “FED.az-a verilən xəbərə görə, hərracda tələb 1 mlrd. 133,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Bununla da depozit hərracında tələb təklifi 4,53 dəfə üstələyib.
Qeyd edək ki, bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.