Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
FED.az quruma istinadən xəbər verir ki, hərracda 350 mln. manat cəlb edilib.
Tələb isə bundan 2,7 dəfə çox – 935,8 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.