Təhsil kreditləri ilə bağlı məsələ xeyli müddətdir ki, qaldırılırdı, bununla bağlı müəyyən qanun layihəsi də var”.
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, artıq müəyyən sənədlər hazırdır: “Bu istiqamətdə Təhsil Nazirliyi və Maliyyə Nazirliyi arasında xeyli iş aparılıb. Bu sənədin rəsmi müzakirələrdən əvvəl Milli Məclis üzvləri ilə də müzakirəsi olduqca maraqlı olar. Onlarla bu cür müzakirələri təşkil edə bilərik. Burada xeyli məsələ var. Təhsil kreditlərinin faiz dərəcələri ilə bağlı da suallar var”. (APA)